Sentyabrın 9-da Bərdə rayon Təhsil şöbəsində Təhsildə İnkişaf və innovasiyalar üzrə III Qrant müsabiqəsində qalib olan “Kimyadan labaratoriya işlərinin və kimyəvi təcrübələrin animasyon filmləri”layihəsinin təqdimatı keçirilib. Tədbirdə layihə təlimçiləri, Bərdə rayon Təhsil şöbəsinin metod kabinetinin müdiri Xuraman Qurbanova, Bərdə rayon Təhsil şöbəsinin kimya-biologiya metodisti Zövqiyyə Əsədova və kimya müəllimləri işitirak edib.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Elşən Məmmədov bildirib ki, Ümumtəhsil sistemində kimya fənni üzrə labaratoriya işlərinin təşkili və keçirilməsi mühüm təlim- tərbiyəvi əhəmiyyətə malikdir.
“Nəzəriyyənin praktika ilə əlaqələndirilməsi biliklərin daha yaxşı qavranılması, möhkəmləndirilməsi və kimyəvi anlayışların formalaşmasında ekspermentlər mühüm rol oynayır. Lakin əksər məktəblərdə labaratoriyaların olmaması və ya normal təchizatın olmaması bu təcrübələrin aparılmasını mümkünsüz edir. Dəfələrlə dərslərimdə təcrübələri uşaqlara canlı nümayiş etdirmək istədə buna imkan olmayıb. Sözsüz ki, zamanla bu problemlər aradan qalxacaq. Lakin daha praktik bir həll yolu tapmaq lazım idi. Təhsil Nazirliyinin İnkişaf və İnnovasiyalar üzrə III qrant müsabiqəsi mənə işıq oldu. Siniflər üzrə labaratoriya işlərinin, kimyəvi təcrübələrin animasiya filmlərini yaratmaq ideyası yarandı. Siniflər üzrə labaratoriya işlərinin, lazımlı kimyəvi təcrübələrin animasiya vasitəsi ilə çatdırmaq canlı labaratoriya effektini verməsə də, onun təsirinin 90 %-ni üstləmiş olacaq. Eyni zamanda, bu filmlərin yayılması, nümayiş etdirilməsi üçün labaratoriya qurulmasında lazım olan astronomik büdcəyə də ehtiyac olmaması işin mümükünlüyündən xəbər verir. Üstəlik bəzi təcrübələrin təhlükəsizlik baxımından çox diqqət tələb etdiyini nəzərə alsaq, bu yolla təcrübəni canlı olmasa da təhlükəsiz izləmək şansı əldə etmiş olarıq”.
Daha sonra Bərdə rayon Təhsil şöbəsinin metodisti Zövqiyyə Əsədova çıxış edib. O, lahiyəninn uğurlu olacacağına əminlik bildirirək, digər kimya müəllimlərinə də qrant müsabiqəyə qoşulmağı tövsiyyə edib.
Daha sonra, kimya müəllimləri layihədə istifadə olunacaq təcrübələr haqqında müzakirə aparıb.
Bərdə rayon Təhsil şöbəsinin metodkabinetinin müdiri Xuraman Qurbanova çıxış edərək, lahiyənin bütün kimya müəlliməri üçün gözəl resurs olacağını və şagirdlərin dərsi daha yaxşı mənimsəməsinə, kimyanı sevmələrinə səbəb olacağını bildirib. Sonda xatirə şəkli çəkdirilib.