Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi barədə məlumat daxil olub. Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidməti cəlb edilib.
Hadisə zamanı "VOYAH" markalı minik avtomobili və yük avtomobili toqquşub; minik avtomobili deformasiyaya uğrayaraq içəridəki şəxslər sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü Kərimov Anar Alik oğlu və sərnişin Süleymanova Ada Ceyhun qızının meyitlərini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Mənbə: az.trend.az

