21 noyabrda Hanoıda Azərbaycan Prezidenti İlham Əliyev və Vyetnam Prezidenti To Lam birgə bəyanatı qəbul ediblər.
Bəyanatın ardından Azərbaycan ilə Vyetnam arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi keçirilib.
Yanğın və xilasetmə xidmətləri sahəsində əməkdaşlığı nəzərdə tutan Anlaşma Memorandumu Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Vyetnamın İctimai Təhlükəsizlik Nazirliyi arasında mübadilə olunub.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə Vyetnam Prezidentinin Ofisi arasında Anlaşma Memorandumu mübadiləsi də həyata keçirilib.
Energetika Nazirliyi ilə “ROX Group” arasında ölkədə günəş və külək elektrik stansiyalarının qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsinə dair İcra Müqaviləsi mübadilə edilib.
Mənbə: az.trend.az

