Qazax rayonunun Aslanbəyli–Kəmərli avtomobil yolunda bu gün təxminən saat 19:30-da 99-RU-835 dövlət qeydiyyat nişanlı “Opel” ilə 10-NB-330 dövlət qeydiyyat nişanlı “Tofaş” markalı avtomobillərin toqquşması baş verib.
Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, qəza nəticəsində hər iki sürücü və “Tofaş”da olan iki azyaşlı sərnişin həlak olub; “Tofaş”dakı bir qadın sərnişin xəsarət alıb.
Baş Dövlət Yol Polisi faktla bağlı cinayət işi başladıldığını və araşdırmanın aparıldığını bildirib.
Qurum sürücüləri ötmə və manevr qaydalarına, eləcə də müəyyən edilmiş sürət həddinə ciddi riayət etməyə çağırıb və təhlükəli ötmə, düşünülməmiş manevr və sürət həddinin aşılmasının ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisələrinin əsas səbəbləri olduğunu qeyd edib.
Mənbə: az.trend.az

