Almaniyanın xarici işlər naziri Yohann Vadeful Azərbaycan Prezidenti İlham Əliyevə Bakıda göstərilən səmimi qonaqpərvərliyə görə təşəkkürünü “X” sosial şəbəkəsində bildirib.
O paylaşımında Azərbaycanı Avropa İttifaqı və Almaniya üçün etibarlı tərəfdaş adlandırıb və iki ölkə münasibətlərinin Strateji Gündəliy çərçivəsində daha da dərinləşdiriləcəyini vurğulayıb.
Vadeful həmçinin Almaniyanın Azərbaycan və Ermənistan arasında sülh və əməkdaşlığın təşviqinə dəstək verdiyini və regionda sülhun təmin olunmasına kömək etməyə hazır olduğunu qeyd edib.
Mənbə: az.trend.az

