ABŞ Senatı 2027-ci maliyyə ili üçün Dövlət Departamentinin maliyyələşdirilməsinə dair izahat sənədində minatəmizləmə və partlamamış hərbi sursatların (PHS) zərərsizləşdirilməsi proqramları üçün azı 265 milyon dollar ayrılması tövsiyə edilib.
Sənəddə bildirilir ki, Senatın Təxsisatlar Komitəsi bu vəsaitin Anqola, Azərbaycan, Kamboca, Laos, Şri-Lanka, Ukrayna, Vyetnam, Zimbabve və Sakit okean regionundakı ada dövlətlərində adi silahların məhv edilməsi, minalardan təmizləmə və PHS zərərsizləşdirilməsi proqramları üçün istifadə olunmasının məqsədəuyğun olduğunu qeyd edib.
Bu məlumat ABŞ Senatının rəsmi saytında dərc olunmuş izahat sənədindən götürülüb.
Sənəddə ölkələr üzrə maliyyə bölgüsü və proqramların icra müddəti barədə konkret detal verilməyib; həcmin hər bir ölkəyə necə ayrılacağı Dövlət Departamentinin və digər qərarverici orqanların gələcək qərarlarından asılı olacaq.
Mənbə: az.trend.az

