Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, bir şəxsin müxalifət nümayəndəsi olması onu hüquqi məsuliyyətdən azad etmir və ölkədə aparılan araşdırmalar Azərbaycan qanunvericiliyinə uyğun davam edir.
Bu açıqlama çərşənbə günü Bayramovun Almaniya xarici işlər naziri Johann David Vadephulla birgə brifinqdə verilən suala cavabında səsləndirilib.
Nazir qeyd edib ki, hazırda müəyyən şəxslər barədə istintaq və araşdırmalar gedir və hər bir şəxs etdiyi əməllərə görə qanun qarşısında bərabərdir.
Bayramov bildirib ki, gedən hüquqi araşdırmanın nəticəsində məhkəmənin yekun qərarı suallara aydınlıq gətirəcək.
O əlavə edib ki, müvafiq prinsip — müxalifət nümayəndələrinin hüquqi məsuliyyətdən azad edilməməsi — Almaniya da daxil olmaqla digər ölkələrdə də tətbiq olunur.
Mənbə: az.trend.az

