Adek Kərimli noyabrın 21-də Yeni Dehlidə Nepalın mədəniyyət, turizm və mülki aviasiya naziri Xadak Rac Paudel ilə görüş keçirib.
Görüş Şanxay Əməkdaşlıq Təşkilatının Sivilizasiyalararası Dialoq Forumu çərçivəsində təşkil olunub, məlumatı Mədəniyyət Nazirliyi yayıb.
Müzakirələr zamanı iki ölkə arasında mədəni sahədə əməkdaşlığın genişləndirilməsi və əlaqələrin gələcək istiqamətləri müzakirə edilib.
Tərəflər həmçinin mədəni sahədə əməkdaşlıq üçün hüquqi çərçivənin formalaşdırılması imkanlarını nəzərdən keçiriblər və qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Mənbə: az.trend.az

