Cümə axşamı, 15 Oktyabr 2026 09:24:45 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Baş redaktor

Baharın təravəti Suraxanıda

15.03.2026 13:32 · 13 baxış · rubinadmin
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Elimizin bir adəti var ki, Novruz bayramı gələndə hər yerdə təmizlik aparılar, təbiətin oyanması insan həyatı ilə vəhdət təşkil edər. Məhz elin adətini yaşadan tarixilik və müasirliyimizə töhfə verən Suraxanı rayonunda bu gün geniş miqyaslı abadlıq quruculuq işləri aparılır. Dövlət başçısının Sərəncamı ilə ölkəmizdə elan olunmuş “Şəhərsalma və memarlıq ili” çərçivəsində Suraxanı rayonunda da hiss olunur. Abadlaşan küçələr, yeni salınan yaşıllıq zolaqları, fasadlanan binalar, asfaltəlanan küçələr, təmizlənmiş ərazi baharın gəlişindən xəbər verir. Məhz aparılan bu işlərin əsas məqsədi sakinlərin rahatlığını təmin etmək, rayonun estetik görünüşünə töhfə verməkdir. Görülən işlər bütün rayonu əhatə etməklə qəsəbə və küçələrində bahar ab havası yaradır.

 

↑