Yevlax şəhərində 74 yaşlı kişinin meyiti yaşadığı mənzildə aşkarlanıb. Trend-in Qarabağ bürosunun məlumatına görə, meyiti qonşular tapıb.
Məlumatda mərhumun 1952-ci il təvəllüdlü Tapdıq Şabanov olduğu qeyd edilir.
Bildirilir ki, şəxs tək yaşayıb və meyit mənzildə aşkarlanıb.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.
Mənbə: az.trend.az

