Qazax rayonunun Yuxarı Salahlı kəndində fərdi yaşayış evinin həyətyanı sahəsində partlayış olub, nəticədə iki nəfər xəsarət alıb.
Hadisə barədə məlumat Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olub. Məlumat əsasında Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb edilib.
Yoxlama zamanı partlayışın ümumi sahəsi 20 kv.m olan köməkçi tikilidə, yanğınla nəticələnmədiyi müəyyən edilib; tikiliyə ziyan dəyib.
Fövqəladə Hallar Nazirliyi bildirir ki, FHN-in qüvvələri hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görüblər və əlaqədar qurumlar hadisə ilə bağlı araşdırma aparırlar.
Mənbə: az.trend.az

