Nepalın şərqində 5,3 bal gücündə zəlzələ qeydə alınıb. Hadisə Avropa-Aralıq Dəniz Seysmoloji Mərkəzinin məlumatına əsasən Himalay dağlarında, 10 kilometr dərinlikdə baş verib.
PTI xəbər agentliyi məlumat yayıb ki, yeraltı təkanlar Hindistanın şərqində, o cümlədən Qərbi Benqal ştatının şimalında da hiss olunub.
Yerli sakinlər arasında təşviş yarandığı və bəzi ərazilərdə insanların evlərini tərk etdiyi bildirilib.
İlkin məlumatlara görə, zəlzələ nəticəsində ölən və yaralananlar və dağıntılar barədə təsdiqlənmiş məlumat daxil olmayıb.
Mənbə: az.trend.az

