Noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah”–“Barselona” oyunu ilə əlaqədar Milli Həmrəylik küçəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Bu məhdudiyyətlə bağlı 24, 107, 118A, 118B, 131, 139, 148, 162, 163, 166, 173A, 173B, 197, 198, 204, 216, 217 və M8 nömrəli 18 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
Sabunçu yol qovşağı istiqamətinə gedən marşrutların hərəkəti Milli Həmrəylik küçəsinin kənar yolu, Ziya Bünyadov və Heydər Əliyev prospektləri vasitəsilə təşkil olunacaq.
“Koroğlu” NMM istiqamətinə gedən avtobuslar Heydər Əliyev prospekti ilə hərəkət edəcək.
Mənbə: az.trend.az

