Litvanın xarici işlər naziri Kęstutis Budrisin noyabrın 25-26-da Azərbaycana rəsmi səfər edəcəyi Litva Xarici İşlər Nazirliyinin məlumatında göstərilib. Səfər çərçivəsində o, bir sıra rəsmi şəxslər və akademik ictimaiyyətin nümayəndələri ilə görüşəcək və Litva-Azərbaycan biznes forumunda iştirak edəcək.
Nazir səfərdə ikitərəfli görüşlərdə Litva ilə Azərbaycan arasında münasibətlərin və iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edəcək. Bildirilib ki, görüşlərdə həmçinin Litvanın Avropa İttifaqı Şurasının gələcək sədri qismində Avropa İttifaqının Azərbaycanla dialoqunu gücləndirmək səyləri, regional təhlükəsizlik və Ukrayna məsələləri, eləcə də geosiyasi vəziyyət müzakirə olunacaq.
Səfər proqramında, həmçinin, Budrisin Bakıda Şəhidlər xiyabanında 1990-cı il 20 Yanvar qurbanlarının xatirəsini yad edəcəyi qeyd olunub.
Mənbə: az.trend.az

