Education First (EF) şirkətinin 2026-cı il İngilis Dili Bilik İndeksi (EF EPI) üzrə Azərbaycan 117 ölkə və region arasında 85-ci yerdə qərarlaşaraq 451 bal toplayıb.
Reytinqdə qonşu dövlətlərdən Gürcüstan 32-ci, Rusiya 49-cu, Türkiyə 66-cı, İran isə 78-ci sırada yer alıb. İndeksin ilk beşliyində İsveç, Avstriya, Danimarka, Almaniya və Niderland göstərilib.
EF EPI 2026 reytinqi 117 ölkə və regiondan 2,3 milyon yetkin şəxsin nəticələri əsasında hazırlanıb; indeks oxuma, yazma, danışma və dinləmə bacarıqlarını ölçür.
Reytinqin ən aşağı pillələrində Somali (117), Kamboca (116) və Kot-d’İvuar (115) daxil olmaqla ölkələr yer alıb; Liviya və Toqo 112-ci yeri bölüşür.
Mənbə: az.trend.az

