Rusiyada ilin əvvəlindən ayı hücumları nəticəsində 37 nəfər həyatını itirib, rəsmi statistika belə xəbər verir. Sonuncu hadisə Omsk vilayətində qeydə alınıb.
Tarski rayonunun Malinovka kəndi yaxınlığındakı meşəlik ərazidə yaşlı kişinin meyiti tapılıb. Məlumatda qeyd olunur ki, meyitdə açıq kəllə-beyin travması və kəllə sümüyünün sınığı müəyyən edilib.
Rəsmi məlumatlara görə, xəsarətlərin ayı hücumu nəticəsində meydana gəlməsi ehtimal olunur. Hadisə ilə əlaqədar yerli hüquq-mühafizə orqanları araşdırma aparır və əlavə ekspertizaların nəticələri hələ açıqlanmayıb.
Mənbə: az.trend.az

