Nərimanov rayonunda sakinlərdən birinin evinin qarşısında saxlanmış velosiped oğurlanıb. Polis hadisəni araşdıraraq əməli törədən M. Xəlilzadəni müəyyən edib və saxlayıb.
Araşdırma zamanı məlum olub ki, M. Xəlilzadənin zərərçəkənə borcu olub və o, həmin şəxsin velosipedini oğurlayıb, sataraq borcunu qaytarıb.
Məhkəmənin qərarı ilə M. Xəlilzadə inzibati qaydada həbs edilib.
Hadisə ilə bağlı toplanan materiallar əsasında məsələ araşdırılır və hüquqi nəticələr məhkəmənin qərarı ilə müəyyənləşəcək.
Mənbə: az.trend.az

