Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Trend-in hadisə yerində olan müxbirinin məlumatına görə, hərəkətdə olan minik avtomobilinin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini piyada səkisinə çıxarıb.
İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır və müvafiq xidmətlər hadisə yerindədir.
Hadisənin başvermə səbəbləri hələ rəsmi şəkildə açıqlanmayıb; araşdırma tamamlandıqdan sonra əlavə məlumat verilə bilər.
Mənbə: az.trend.az

