Şənbə, 28 Noyabr 2026 21:19:15 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
28 Noyabr 2026
SON XƏBƏRLƏR
Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Vərəsə yoxdursa, miras kimə qalır, borcu kim ödəyir?27.11.2026 09:00 Bakıda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub26.11.2026 21:00 Estoniya xarici işlər naziri Bakıya gəlir26.11.2026 18:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Vərəsə yoxdursa, miras kimə qalır, borcu kim ödəyir?27.11.2026 09:00 Bakıda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub26.11.2026 21:00 Estoniya xarici işlər naziri Bakıya gəlir26.11.2026 18:00
Gündəm

Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)

28.11.2026 21:00 · 2 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

27 noyabr 2026-cı ildə Bakı Arbitraj Mərkəzinin, Beynəlxalq Vəkillər Assosiasiyasının (BVA) və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə “Beynəlxalq arbitrajda maraqlar toqquşmasına dair BVA təlimatları” mövzusunda seminar keçirilib. Bakı Arbitraj Mərkəzindən bildirilib ki, tədbir BVA-nın Azərbaycandakı ilk tədbiri olub.

Açılış nitqində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov milli qanunvericiliyin beynəlxalq standartlarla uzlaşmasının və həmin normativlərin praktik tətbiqinin vacibliyini vurğulayıb. O qeyd edib ki, hüquqi çərçivənin tətbiqini təmin edən institusional imkanlar və etik davranış mədəniyyəti də formalaşmalıdır və Bakı Arbitraj Mərkəzinin yaradılması alternativ mübahisələrin həlli imkanlarının genişləndirilməsinə töhfə verir.

Seminar çərçivəsində BVA təlimatları ilə Bakı Arbitraj Mərkəzinin qaydaları birgə müzakirə olunub və praktiki məşğələ keçirilib. Tədbirdə maraqlar toqquşması məsələsi müxtəlif hüquqi və praktiki prizmadan dörd hüquqşünasın iştirakı ilə araşdırılıb; müzakirələrdə arbitrlərin müstəqilliyi və qərəzsizliyi, faktiki və potensial maraqlar toqquşmasının qiymətləndirilməsi və arbitrlərin açıqlama öhdəliyinin hüdudları əsas mövzular olub.

Mənbədə qeyd edilib ki, 2024-cü ildə yenilənmiş BVA təlimatları beynəlxalq arbitrajda maraqlar toqquşmasının qiymətləndirilməsi üzrə geniş qəbul edilmiş standartları müəyyən edir və bu təlimatlar arbitraj icraatının şəffaflığı, prosessual ədalətliliyi və etibarlılığının təmin edilməsində mühüm rol oynayır.

Təşkilatçılar tədbiri beynəlxalq arbitraj standartlarının təşviqi, qabaqcıl hüquqi təcrübənin paylaşılması və milli hüquq ictimaiyyətinin beynəlxalq arbitraj icması ilə əməkdaşlığının genişləndirilməsi məqsədilə keçirildiyini bildiriblər. Mənbədə seminarın arbitraj institutunun milli inkişafına və ölkənin beynəlxalq arbitraj məkanında mövqeyinin möhkəmlənməsinə töhfə verəcəyi qeyd olunur.

Mənbə: az.trend.az

↑