Cümə, 16 Oktyabr 2026 11:42:09 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
16 Oktyabr 2026
SON XƏBƏRLƏR
DİQQƏT: Bu yollarda tıxac var – SİYAHI (FOTO)16.10.2026 09:00 Özbəkistanla Kamboca ticarət və investisiyaları genişləndirmək niyyətindədir15.10.2026 21:00 Bakıda 8 marşrutun yolu dəyişdirilir15.10.2026 18:00 Azərbaycan öz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.15.10.2026 15:00 Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib15.10.2026 12:00 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib15.10.2026 09:00 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 21:00 Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 18:00 Vahid məktəbli geyiminin tərəfdarıyam – Eldar Mansurov14.10.2026 15:00 Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödənildi14.10.2026 12:00 44 günlük Vətən müharibəsinin xronikası: 14 oktyabr14.10.2026 02:34 DİQQƏT: Bu yollarda tıxac var – SİYAHI (FOTO)16.10.2026 09:00 Özbəkistanla Kamboca ticarət və investisiyaları genişləndirmək niyyətindədir15.10.2026 21:00 Bakıda 8 marşrutun yolu dəyişdirilir15.10.2026 18:00 Azərbaycan öz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.15.10.2026 15:00 Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib15.10.2026 12:00 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib15.10.2026 09:00 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 21:00 Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 18:00 Vahid məktəbli geyiminin tərəfdarıyam – Eldar Mansurov14.10.2026 15:00 Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödənildi14.10.2026 12:00 44 günlük Vətən müharibəsinin xronikası: 14 oktyabr14.10.2026 02:34
Baş redaktor

Milli Məclis sədrinin müavini: Azərbaycanın tərəqqisinin təməlində güclü dövlət dayanır

21.10.2024 09:23 · 7 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Müasir tariximizin mühüm hadisələrindən biri XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il oktyabrın 18-də keçirilmiş növbədənkənar sessiyasının iclasında dövlət müstəqilliyi haqqında Konstitusiya aktının qəbul edilməsidir. Heç şübhəsiz, bu hadisə göydəndüşmə olmadı. Bildiyimiz kimi, hələ 1990-cı il noyabrın 17-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ağsaqqal deputat olaraq sədrlik etdiyi Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin iclasında muxtar respublikanın adından “Sovet Sosialist” ifadələri çıxarılmış, Ali Sovet Ali Məclis adlandırılmış, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikanın dövlət bayrağı olaraq qəbul edilmişdi. Azərbaycan SSR Ali Sovetinə də tövsiyə edildi ki, Cümhuriyyətin dövlət rəmzləri qəbul olunsun. Belə bir qərarın qəbul edilməsi asan deyildi. Çünki Cümhuriyyəti özünə düşmən hesab edən, müstəqilliyin əleyhinə olan SSRİ, Kommunist partiyası, sovet sistemi hələ mövcud idi.

Bu fikirləri müsahibəsində Milli Məclis sədrinin müavini Musa Qasımlı söyləyib. O bildirib ki, bu qərarların qəbul edilməsi ilə SSRİ-nin varlığına zərbə vuruldu: “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müraciətindən sonra 1991-ci il fevralın 5-də Azərbaycan SSR-in adından “Sovet Sosialist” ifadələri çıxarıldı, Azərbaycan Respublikası adlandırıldı.

SSRİ-nin saxlanılmasına dair 1991-ci il martın 17-də Azərbaycanda referendum keçirildi. Bu məsələ müzakirə edilən zaman Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sessiya iclasında Naxçıvan deputatları və əhalisi adından bəyan etdi ki, SSRİ-nin saxlanılmasının əleyhinədir, referendum keçirilməməlidir, Azərbaycan müstəqil dövlət kimi yaşaya bilər. Azərbaycan ərazisində yalnız Naxçıvanda referendum keçirilmədi. Beləliklə, Naxçıvan müasir, müstəqil Azərbaycan dövlətinin təməllərinin atıldığı, rəsmi qərarların ilk qəbul edildiyi yer oldu.

Nəhayət, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildi. SSRİ-nin hələ mövcud olmasına baxmayaraq, belə bir sənədin qəbul edilməsinin böyük tarixi əhəmiyyəti var idi. Bununla Azərbaycan xalqı 1920-ci ilin aprel ayında bolşevik Rusiyasının işğalı nəticəsində son qoyulmuş müstəqil dövlətini bərpa edirdi. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan olundu”.

Deputat qeyd edib ki, dövlət müstəqilliyinin bərpasından keçən illər ərzində Azərbaycan xalqının istəklərini Prezident İlham Əliyev gerçəkləşdirib: “2020-ci il sentyabrın 27-də başlayan və ədalətli xarakter daşıyan Vətən müharibəsi nəticəsində işğalçı Ermənistan məğlub edildi, Azərbaycan qarşısında diz çökdü. Müstəqillik tarixində ilk dəfə olaraq 2023-cü il aprelin 23-də Laçında Həkəri çayının üstündəki körpüdə sərhəd-nəzarət məntəqəsinin qurulması ilə dövlət sərhədləri üzərində tam nəzarət yaradıldı. 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçı-terrorçu rejimin çökməsi və oktyabrın 15-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması ilə dövlət suverenliyi 1991-ci ildən sonra ilk dəfə bütün ölkə ərazisində bərqərar edildi.

2021-ci il oktyabrın 15-də Prezident İlham Əliyev “Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu”nu imzaladı. Qanuna əsasən, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan olundu.

Müstəqilliyin Bərpası Gününü Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarda geniş dirçəliş, tikinti-quruculuq işlərinin görülməsi, milli-mənəvi ruh yüksəkliyi şəraitində qeyd edir. Həmin ərazilərə həyat gəlir, Azərbaycan mədəniyyəti qayıdır.

1991-ci il oktyabrın 18-dən bu günə qədər keçilən yolun tarixi təcrübəsindən alınan başlıca ibrət dərsi odur ki, Azərbaycanın tərəqqisinin təməlində güclü dövlət, qüdrətli dövlət rəhbəri və xalqın maraqlarına cavab verən siyasətin davam etdirilməsi dayanır”.

↑