Bazar, 22 Noyabr 2026 19:13:23 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
22 Noyabr 2026
SON XƏBƏRLƏR
Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 Bəzi rayonlarda intensiv yağış, Şahdağda isə qar yağıb – Faktiki hava22.11.2026 12:00 Adil Kərimli Yeni Dehlidə Pakistanın federal naziri ilə görüşüb22.11.2026 09:00 Məleykə Abbaszadə ilə bağlı iddialara aydınlıq gətirildi21.11.2026 21:00 Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub (FOTO)21.11.2026 18:00 Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır21.11.2026 15:00 Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı – polis saxladı21.11.2026 12:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub21.11.2026 09:00 Ağdam Şəhəri Günü münasibətilə sərgi təşkil olunub (FOTO)20.11.2026 21:00 YAP Ordubad rayon təşkilatında partiyanın 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)20.11.2026 19:30 Metroda qatarlar yubandı, sıxlıq yarandı – SƏBƏB AÇIQLANDI20.11.2026 19:15 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 Bəzi rayonlarda intensiv yağış, Şahdağda isə qar yağıb – Faktiki hava22.11.2026 12:00 Adil Kərimli Yeni Dehlidə Pakistanın federal naziri ilə görüşüb22.11.2026 09:00 Məleykə Abbaszadə ilə bağlı iddialara aydınlıq gətirildi21.11.2026 21:00 Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub (FOTO)21.11.2026 18:00 Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır21.11.2026 15:00 Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı – polis saxladı21.11.2026 12:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub21.11.2026 09:00 Ağdam Şəhəri Günü münasibətilə sərgi təşkil olunub (FOTO)20.11.2026 21:00 YAP Ordubad rayon təşkilatında partiyanın 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)20.11.2026 19:30 Metroda qatarlar yubandı, sıxlıq yarandı – SƏBƏB AÇIQLANDI20.11.2026 19:15
Köşə yazarları

“Səndən üzr istəyirık Elina!”-Qənirə Paşayeva yazdı

11.04.2019 22:57 · 6. 137 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Neçə gündür Elinanın faciəli ölümünün sarsıntısı içindəyəm. Duyğumu, düşüncəmi fikrə dönüşdürmək, onları yazmaq üçün sanki sözlər də yetərli deyil… amma hamımıza deyiləcək ən təsirli sözü Elina özü intihardan öncə yazıb. Bu, əslində hamımıza qarşı bir uşağın, yenitemə bir qızın çağırışıdır, münasibətlər sistemindəki hansısa çatışmazlığın həyəcan siqanlıdır. Bu münasibətlər fərddən-fərdə, ailədaxili, məktəbdaxili, hətta toplumdaxili olsa da, olayın mahiyyəti dəyişmir: Elinanın faciəli addımı özünə ciddi münasibət tələb edir. – Bu münasibəti məncə, bütün düşünən vətəndaşlarımız göstərməlidir: dərindən dərin, üfüqdən geniş! Yoxsa… “Yoxsa”sını yazmaq deyil, düşünmək belə ağırdır… 

“…Məni sağ olanda çox istəyərdiniz. Öləndən sonra məni istəməyiniz lazım deyil. Mən sizə lazım deyildim, qəbrimin üstünə gəlməyin”. –Bir uşağa, bir yeniyetməyə bunu yazdıran ağrını hamımız hiss etməliyik. Günahkar axtarmaq, giley eləmək asandır; ən dəhşətlisi odur ki, kimsə çıxıb “üzr istəyirəm, mən də filan xətaya yol verdim, Elinanın ruhundan üzr istəyirəm!” demədi. Məncə, bax, budur üzərində düşünməli olduğumuz əsas məsələlərdən biri. Əslində, sevgisizliyin, laqeyidliyin, biganələyin, “mənə nə var?” düşüncəsinin artdığı toplumda hamımız günahkarıq, əzizlərim. – Birimiz az, birimiz çox… Elinanın ailəsi də, müqəddəs ocaq dediyimiz məktəb də, məktəbin rəhbəri, kollektivi də, yoldaşlarına dəstək olmaq istəməyən şagirdlər də, biz ictimai fikri qidalandıran insanlar da… Bir sözlə, hamımız!.. Bu məsələ çox ciddi araşdırılmalıdır. İnanıram, Təhsil Nazirliyi və müvafiq qurumlar məsələni gərəyincə araşdıracaq. Elinaya fiziki və mənəvi təzyiq göstərən o manyak ruhlu yeniyetmə kim olub, mütləq tapılmalı, haqq etdiyi qanuni cəzanı almalıdır. Ailənin, Elinanın xalası qızının məktəb rəsmilərinə Elina ilə bağlı müraciəti niyə cavabsız qalıb və ya niyə gərəkli tədbirlər görülməyib? – hamısı ciddi araşdırılmalıdır. Ailə qızın yaşadığı psixoloji sarsıntılar üzündən Elinanın məktəbini dəyişmək istəyəndə, niyə ona “yox” cavabı verilib, mütləq araşdırılmalıdır. Bu işdə günahkarların hamısı ciddi cəzalarını almalıdırlar. Məktəb yoldaşlarına qarşı bu qədər duyarsızlıq edən şagirdlərin psixoloji (mənəvi!) durumu ilə bağlı ciddi düşünülməli və “nə baş verir? – bunun gələcəyi necə ola bilər? – bu vahim durumu dəyişmək üçün haradan başlamalı, nə etməliyik?!” sualları ətrafından düşünüb, təxirəsalınmaz işlərə başlamalıyıq. Aile məsələsinə də vurğu yapmaq istərdim: ailə de özünü sorğulamalıdır: “daha nələri edə bilərdik?” deyə. Onlar üçün çox ağırdır bilirik ve bu ağrılarını bölüşürük. Günahkarlar birmənalı cəzalanmalıdır amma biz hamımız da ciddi düşünməliyik: bu sahəyə cavabdeh qurumlar, ailələr, cəmiyyət, televiziyalar…

Elina o məktubu bəlkə də yeni bir Elinanın o ağrıları yaşamaması, çıxış yolu kimi intihara əl ataraq, “məni sağ olanda istəyərdiniz”, “məni sağ olanda dinləyərdiniz” yazmaması üçün yazdı. “Qəbrimin üstünə gəlməyin!” yazıb. Bəlkə də, ən azı üzr istəmək cəsarətini özümüzdə tapmamız üçün yazıb bu təsirli sözləri.

Elina, inanıram ki, günahkarlar mütləq cəzalanacaq və sənin o məktubla bizə verdiyin mesajı hamımız – ailələrimiz, məktəblərimiz, qurumlarımız, uşaqlarımız, gənclərimiz, biz hamımız doğru anlayacaq və dəyişəcəyik. Keşkə bunları sən intihar etməzdən öncə edə bilsəydik, keşkə…

Səndən üzr istəyirəm, Elina!

Qənirə Paşayeva

Səndən üzr istəyirəm, Elina!..
↑