Yadımdadır ki, cənab Prezident çıxışlarının birində demişdir ki, daha neçə nəfər tutulmalıdır ki, həs kəs başa düşsün?
Nə az nə çox 5 icra başçısı tutulub, bu gün də Mədəniyyət Nazirliyində Nazir müavini, idarə rəisi tutulub. Davamı olacaq deyirsizSə, özlərinə gəlməsələr əlbəttə ki, olacaq.
Maraqlısı ondan ibarətdir ki, bu tutulan icra başçılarının içində makaron oğrusu, düyü oğrusu, xarici valyutanı presləyərək oğurlayanlar da ifşa edildi. Oğru həmişə toyuq oğurlamır ki, bu şəxslər də oğrudur. Düzü mənə heç xoş gələn bir şey deyil ki, yıxılanı baltalayım. Onsuz heç bir söz o şəxslərə təsir etməz. Vicdanları olsaydı, dili topuq çala-çala izahat verməyə məhkum olmazdılar.
Xülasə
İndi əminəm ki, rayonda icra başçısı işlədiyi vaxtlar, “Cənab Başçı siz bu rayon üçün çox işlər görmüsüz, sizdən yoxdur” ki deyib , məddahlıq edən də az olmayıb. Şəxsi fikirləridir, nəsə deyə bilmərəm. Ancaq burda maraqlı əsas var, “vətəndaşlıq mövqeyi”. Axı bu rayonda sən vətəndaş olaraq öz işlədiyin sahədə nələrisə düzəltməyə çalışdınmı ?
Cənab prezident İlham Əliyev çıxışlarında, ictimai nəzarətin hər bir şəxs , hər bir vətəndaş tərəfindən vacibliyi vurğulayır. Biraz öncə izlədinizsə, İctimai Televiziyanın qonağı, Millət Vəkili Siyavuş Novruzov idi. Səsləndirdiyi maraqlı fikirləri diqqətimi çox cəlb elədi. Siyavuş Novruzov özü şəxsən deyirdi ki, bəzi vətəndaşlarımız özlərinə aid olmasa, deyillər nə işimizə qalıb. Bir şeyi başa düşmək lazımdır ki, bu gün sənə toxunmayan qanunsuzluq, sabah sənə toxunacaq.
Sosuşşsanız təhsildə bəs? Axı mən təhsil işçisiyəm. Təhsildə pul yığan direktorlar, rayon təhsil şöbə müdirləri və işçiləri az deyil. Necə yalan deyim axı yoxdur ?
Sonda bir sual verim:Nə qədər pulla “Rüşvətxor”damğasın silə bilərsiz?
Elşən Ramizoğlu