Cümə, 13 Noyabr 2026 04:09:12 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
13 Noyabr 2026
SON XƏBƏRLƏR
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər12.11.2026 21:00 Azərbaycan və Türkiyə arasında təlim-tədris üzrə yekun protokol imzalanıb (FOTO)12.11.2026 18:00 Azərbaycanda buzlaqların sahəsi azalır – Teymur Musayev açıqladı12.11.2026 15:00 Gələn il mediaya 68 milyon manat ayrılacaq12.11.2026 12:00 Nyu-Yorkda binanın çökməsi nəticəsində ölənlərin sayı iki nəfərə çatıb (YENİLƏNİB)12.11.2026 09:00 Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası11.11.2026 21:00 Krivoy Roqda Zəfər Gününə həsr olunan tədbir keçirilib (FOTO)11.11.2026 18:00 FINCA Azerbaijan “Heyva Festivalı”nda yerli sahibkarlarla bir araya gəlib (FOTO)11.11.2026 15:00 Binəqədidəki qaz problemi ilə bağlı rəsmi açıqlama verildi11.11.2026 12:00 Kamçatkada 4,8 bal gücündə zəlzələ baş verib11.11.2026 09:00 COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev10.11.2026 21:00 Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək – QƏRAR10.11.2026 18:15 Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər12.11.2026 21:00 Azərbaycan və Türkiyə arasında təlim-tədris üzrə yekun protokol imzalanıb (FOTO)12.11.2026 18:00 Azərbaycanda buzlaqların sahəsi azalır – Teymur Musayev açıqladı12.11.2026 15:00 Gələn il mediaya 68 milyon manat ayrılacaq12.11.2026 12:00 Nyu-Yorkda binanın çökməsi nəticəsində ölənlərin sayı iki nəfərə çatıb (YENİLƏNİB)12.11.2026 09:00 Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası11.11.2026 21:00 Krivoy Roqda Zəfər Gününə həsr olunan tədbir keçirilib (FOTO)11.11.2026 18:00 FINCA Azerbaijan “Heyva Festivalı”nda yerli sahibkarlarla bir araya gəlib (FOTO)11.11.2026 15:00 Binəqədidəki qaz problemi ilə bağlı rəsmi açıqlama verildi11.11.2026 12:00 Kamçatkada 4,8 bal gücündə zəlzələ baş verib11.11.2026 09:00 COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev10.11.2026 21:00 Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək – QƏRAR10.11.2026 18:15
Dünya

G7-nin sammitində Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlirin Kiyevə ötürülməsi müzakirə olunacaq

12.06.2024 11:35 · 37 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Yeddilik Qrupu (G7) İtaliyada keçiriləcək sammitdə Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlirlərin Ukraynaya köçürülməsi üçün yeni addımları müzakirə edəcək.

“Report” xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə açıqlayıb.

“Bu həftəsonu keçiriləcək G7 görüşü açıq şəkildə bizim Ukraynaya sadiq qalacağımızı göstərəcək. Biz Rusiya Prezidenti Vladimir Putinə zamanın onun tərəfində olmadığını və bizim Ukraynanın azadlıq uğrunda mübarizəsini dəstəklədiyimiz əsnada bizdən çox dayana bilməyəcəyini göstərmək üçün qətiyyətli addımlar atacağıq”, – o vurğulayıb.

Kirbi bildirib ki, ABŞ Prezidenti Cozef Bayden Rusiya aktivlərinin “Ukraynanın yenidən qurulmasına kömək etmək” üçün istifadə olunmasından yana çıxış edəcək.

O həmçinin G7-nin İtaliyada keçiriləcək sammitində Rusiyaya qarşı yeni sanksiyalar və ixrac nəzarəti elan edəcəyini bəyan edib.

Kirbinin sözlərinə görə, məhdudiyyətlər Rusiyaya Ukraynada müharibə aparmaq üçün lazım olanı əldə etməyə yardım edən “təşkilat və şəbəkələrə” təsir edəcək.

“Məsələn, onlar maliyyə vasitəçilərinin Rusiyanın müdafiə sənayesi bazasını dəstəkləməsini çətinləşdirəcək və əsas sektorlarda gəlirləri daha da azaldacaq”, – Kirbi əlavə edib.

↑