Kamçatkada maqnitudası 4,8 olan zəlzələ qeydə alınıb. Bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat verib.
Məlumata görə, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatskidən 81 kilometr məsafədə yerləşib.
Regional paytaxtın sakinləri zəif təkanlar hiss ediblər. Təkanların intensivliyi barədə məlumatlar dəqiqləşdirilir.
Mənbə: az.trend.az

