Azəriqaz İstehsalat Birliyi bildirib ki, havaların soyuması ilə bəzi ərazilərdə lokal xarakterli qaz təzyiqi azalması müşahidə oluna bilər və bu hallar nəzarət altındadır.
Noyabrın 15-dən payız-qış rejiminə keçidlə əlaqədar qazın verilişi mərhələli şəkildə yoxlanılır; məqsəd təzyiqin birdən-birə artırılmasının yaratacağı problemlərin qarşısını almaqdır.
Abunəçilərin müraciətləri əsasında ərazilərə baxış keçirildiyi və aşkarlanan nasazlıqların operativ aradan qaldırıldığı bildirilib.
Birlik qeyd edib ki, ümumilikdə ciddi problem yoxdur, Binəqədi rayonunda müşahidə olunan təzyiq azalması hallarına əməkdaşlar müdaxilə edərək problemləri aradan qaldırıblar və bu gündən etibarən rayon üzrə ciddi təzyiq problemi gözlənilmir.
Mənbə: az.trend.az

