Bazar, 29 Noyabr 2026 13:43:35 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Noyabr 2026
SON XƏBƏRLƏR
Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Vərəsə yoxdursa, miras kimə qalır, borcu kim ödəyir?27.11.2026 09:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Vərəsə yoxdursa, miras kimə qalır, borcu kim ödəyir?27.11.2026 09:00
Dünya

Zəfər müjdəli 4 oktyabr

05.10.2024 10:56 · 72 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

rezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə oktyabrın 4-nün Cəbrayıl Şəhəri Günü olaraq təsis edilməsi müstəqil Azərbaycan tarixinin böyük əhəmiyyət daşıyan hadisələrindən biridir. Məlumdur ki, təcavüzkar Ermənistan tərəfindən Cəbrayılın işğalının ağır nəticələri olmuş, inzibati, sosial obyektlər, tarixi-memarlıq abidələri məhv edilmiş, təbii sərvətləri isə vəhşicəsinə talanmışdı. Dədə-baba torpaqlarından didərgin düşərək məcburi köçkünə çevrilən sakinlər ölkənin müxtəlif yerlərində yaşamalı olmuşdular. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan dövləti onlara qayğı göstərmişdi.

Bu fikirləri Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib. O bildirib ki, bu gün Cəbrayıl şəhəri tamamilə yenidən dirçəldilir: “Hər il avqustun 23-ü – Cəbrayılın işğalı günündə rayon sakinləri şəhid məzarlarını ziyarət edib, torpaqların nə zaman azad ediləcəyini düşünüb və buna ümid ediblər. Lakin illər keçdikcə həmin ümid də azalmağa doğru gedib.

Xalqın torpaqların işğaldan azad edilməsinə, qələbəyə qəti inamını Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsinin gedişində yaşayış məntəqələrinin, ilk növbədə, Cəbrayıl rayon mərkəzinin işğaldan azad edilməsi yaratdı. Çətin relyefə baxmayaraq Azərbaycan hərbçisinin qəhrəmanlıq göstərərək Cəbrayıl rayon mərkəzini azad etməsi hərbi-siyasi və mənəvi-psixoloji əhəmiyyət daşımaqla zəfərin müjdəsi oldu.

Cəbrayıl şəhərinin azadlığa qovuşması ilə acılı günlər arxada qaldı. Barbarların dağıtdığı yerlərdə müasir yaşayış binalarının tikilməsi, infrastrukturun qurulması, keçmiş məcburi köçkünlərin daimi yaşayış yerlərinə planlı şəkildə qaytarılması ilə torpaqlarımıza yeni nəfəs gəlir.

Xalqımızın bugünkü və gələcək nəsillərinin, Cəbrayıl rayon sakinlərinin 4 oktyabrı şəhərin azad edilməsi günü kimi bayram etməsi yurd, torpaq sevgisini daha da artıracaq, onlar böyüklük duyğusu yaradan dövlət rəhbəri ilə qürur duyacaqlar”.

↑