Cümə axşamı, 15 Oktyabr 2026 23:19:51 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
SON XƏBƏRLƏR
Özbəkistanla Kamboca ticarət və investisiyaları genişləndirmək niyyətindədir15.10.2026 21:00 Bakıda 8 marşrutun yolu dəyişdirilir15.10.2026 18:00 Azərbaycan öz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.15.10.2026 15:00 Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib15.10.2026 12:00 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib15.10.2026 09:00 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 21:00 Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 18:00 Vahid məktəbli geyiminin tərəfdarıyam – Eldar Mansurov14.10.2026 15:00 Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödənildi14.10.2026 12:00 44 günlük Vətən müharibəsinin xronikası: 14 oktyabr14.10.2026 02:34 Özbəkistanla Kamboca ticarət və investisiyaları genişləndirmək niyyətindədir15.10.2026 21:00 Bakıda 8 marşrutun yolu dəyişdirilir15.10.2026 18:00 Azərbaycan öz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.15.10.2026 15:00 Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib15.10.2026 12:00 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib15.10.2026 09:00 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 21:00 Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 18:00 Vahid məktəbli geyiminin tərəfdarıyam – Eldar Mansurov14.10.2026 15:00 Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödənildi14.10.2026 12:00 44 günlük Vətən müharibəsinin xronikası: 14 oktyabr14.10.2026 02:34
Rəsmi

Repetitorlar VÖEN-i belə almalıdır – Qaydalar açıqlandı

30.04.2020 21:36 · 742 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən bəzi məhdudiyyətlər aprelin 27-dən aradan qaldırılıb. Fəaliyyətinə icazə verilən sahələrdən biri də fərdi tədris və repetitor (qrup halında məşğələlər istisna olmaqla) xidmətləridir.

“Rubin.az”  vergiler.az-a istinadən xəbər verir ki, repetitor xidməti göstərən şəxs əvvəl dərs keçdiyi yerə getmək və evində repetitor kimi fəaliyyət göstərmək üçün “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməlidir və bunun üçün onun VÖEN-i olmalıdır. VÖEN – vergi ödəyicisinin eyniləşdirmə nömrəsidir. VÖEN alması vətəndaşın sahibkarlıq fəaliyyəti ilə məşğul olması deməkdir, bununla o, gəlir əldə etməklə vergi tutulan müəyyən əməliyyatı yerinə yetirir. Başqa sözlə, VÖEN vətəndaşın vergi uçotuna alındığını göstərən sənəddir. Repetitor və buna bərabər təhsil xidməti göstərən hər kəs gəlir əldə etdiyi üçün VÖEN almalıdır.

VÖEN-i həm elektron qaydada, həm də vergi ödəyicilərinə xidmət mərkəzlərinə gedərək əldə etmək olar. Hazırda ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi ilə bağlı vergi ödəyicilərinə xidmət mərkəzlərinin fəaliyyəti elektron qaydada davam edir və həmin mərkəzlər vergi ödəyicilərinə bütün xidmətləri elektron formada göstərirlər. VÖEN əldə edilməsi barədə daha ətraflı məlumatla Vergilər Nazirliyinin rəsmi internet səhifəsində “Fiziki şəxslər” bölməsindəki reqlamentlər vasitəsilə tanış olmaq mümkündür (https://www.taxes.gov.az)

Bununla yanaşı, Vergilər Nazirliyi tərəfindən elektron xidmətlərdən istifadəyə dair video təlimatlar da hazırlanıb. Həmin təlimatla diqqətlə tanış olan hər kəs sərbəst şəkildə vergi uçotuna alına bilər. Qaydalar bu linkdə sadə və anlaşıqlı formada mərhələli şəkildə izah olunur: https://www.youtube.com/

VÖEN-i “ASAN xidmət” mərkəzlərində də əldə etmək mümkündür. “ASAN xidmət” mərkəzlərində vətəndaşların qəbulu aprelin 27-dən “ASAN xidmət” mobil tətbiqi, www.asan.gov.az saytı və 108 çağrı mərkəzi vasitəsilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir: https://www.youtube.com/

↑