Paytaxtın Nizami rayonunda, Heydər Əliyev prospektinin kənar yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi bildirib ki, qəza səbəbindən əsas və kənar yolda hər iki istiqamətdə sıxlıq yaranıb.
Hazırda polis sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görür və hərəkətin bərpası istiqamətində işlər gedir.
Mənbə: az.trend.az

