Dövlət Komissiyası Azərbaycanda itkin düşmüş şəxslər üzrə “Bakı Dialoqu” çərçivəsində keçirilmiş IV Beynəlxalq Konfransın yekunlarına dair paylaşım edib.
Paylaşımda tədbirin beynəlxalq dialoqun və əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı etimadın gücləndirilməsi və qabaqcıl təcrübə mübadiləsi baxımından mühüm platforma rolunu oynadığı vurğulanıb.
Qeyd olunub ki, konfrans çərçivəsində itkin düşmüş şəxslər probleminin həlli istiqamətində effektiv mexanizmlərin və yeni həll yollarının inkişaf etdirilməsi ətrafında müzakirələr aparılıb.
Paylaşımda həmçinin təqdim olunan videoçarxda Bakıda keçirilən plenar iclaslardan, panel sessiyalarından və xüsusi tədbirdən (“side event”) maraqlı məqamların əks olunduğu bildirilib.
Mənbə: az.trend.az

