Azərbaycanın Baş Prokuroru Zakir Qaralovun səlahiyyət müddəti bitib.
“Rubin.az” Pravda.az-a istinadən xəbər verir ki, Baş Prokuror vəzifəsinə Kamran Əliyevin namizədliyi irəli sürülüb.
***
“Qafqazinfo”nun məlumatına görə, təqdimata mayın 1-də keçiriləcək Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında baxılacaq. Layihə müzakirə edildikdən sonra plenar iclasa tövsiyə ediləcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin təqdimatı əsasında namizədliyi irəli sürülən Kamran Əliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisidir.
Xatırladaq ki, 64 yaşlı Zakir Qaralov 25 aprel 2000-ci ildən sözügedən vəzifədə idi.