Vergilər naziri Mikayıl Cabbarov VÖEN-in 190 manat yardımı almağa maneə olmadığını bildirib.
“Rubin.az” Qafqazinfo-ya istinadən xəbər verir ki, Mikayıl Cabbarov deyib ki, vətəndaşın VÖEN-i olması 190 manatlıq yardım üçün neytral xarakter daşıyır: “Passiv VÖEN-ə görə kiməsə imtina verilibsə, buna aidiyyətı üzrə baxılmalıdır. Bu qaydanın yardımın verilməsi ilə bağlı qaydalar arasında olub-olmadığına baxılmalıdır”.
Nazir müavini Sahib Ələkbərov əlavə edib ki, bu məsələ ilə bağlı dünən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini ilə danışdım: “Bu məsələ ətrafında çox söhbətlər olur. Nazir müavini ilə danışmışam, razılaşmışıq, Mikayıl müəllimin dediyi kimi VÖEN-in bu məsələyə aidiyyətı yoxdur. VÖEN sadəcə nömrədir. Buna görə imtina alınıbsa, bu gün də təkrar müraciət edə bilərlər. Əgər yenə anlaşılmazlıq yaranarsa, aidiyyətı quruma müraciət edə bilərlər”.