Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Azərbaycana giriş-çıxış dayandırıldı – Rəsmi
  • Manşet
  • Rəsmi

Azərbaycana giriş-çıxış dayandırıldı – Rəsmi

rubinroot Aprel 4, 2020
n

Azərbaycanda koronavirus (COVID-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlər çərçivəsində 5 aprel 2020-ci il saat 00:00-dan etibarən 20 aprel aprel 2020-ci il saat 00:00-dək yükdaşımaları istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, o cümlədən yerli hava uçuşları tam şəkildə dayandırılır.

“Rubin.az” xəbər verir ki,bu barədə “Qafqazinfo”ya Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, tətbiq olunan bu tədbir koronovirus xəstəliyinə daxili yoluxma hallarının operativ aşkarlanması, yoluxan şəxslərin izolyasiya edilməsi və onların təmaslarının müəyyən olunması və karantinə yerləşdirilməsi, karantin məntəqələrinin qəbuletmə imkanlarının tənzimlənməsi və ölkə ərazisində xəstəxanaların hazırlığının artırılması istiqamətində görülən işlərin daha da gücləndirilmiş şəkildə aparılmasına xidmət edir.

“Qlobal pandemiya və fövqəladə vəziyyət şəraitini nəzərə alaraq, xarici ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarını təmkin və anlayış nümayiş etdirməyə, olduqları ölkələrin karantin rejiminə ciddi şəkildə riayət etməyə, səfərlərdən çəkinməyə çağırır və xüsusi zəruri hallarda Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə müraciət etməyi tövsiyə edirik”, – deyə məlumatda qeyd olunur.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Təhsil Nazirliyinin yeni “Qaynar xətt”i istifadəyə verilir
Next: İşsiz kimi qeydiyyata alınan şəxslərə 190 manat veriləcək – Rəsmi

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.