Prezident İlham Əliyev martın 3-də Goranboy rayonuna səfərə gəlib.
“Rubin.az” xəbər verir ki, dövlət başçısı Goranboy şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev İlham Əliyevə son vaxtlar rayonda görülən işlər barədə məlumat verib.
***
İlham Əliyev Goranboy rayonuna səfəri çərçivəsində Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun yenidənqurmadan və bərpadan sonra açılışında iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.
Prezident yolun rəmzi açılışını bildirən lenti kəsib.
Sonda xatirə şəkli çəkdirilib.
***
Prezident İlham Əliyev Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.
Dövlət başçısı əvvəlcə xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev xəstəxanada yaradılan şəraitlə tanış olub.
Sonra Prezident İlham Əliyev bu tibb ocağının kollektivi ilə görüşüb.
Sonda xatirə şəkli çəkdirilib.
***
İlham Əliyev eyni zamanda “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Goranboy filialının fəaliyyəti ilə tanış olub.
“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov Prezidentə müəssisədə yaradılan şərait barədə məlumat verib.