Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Salyanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəb binası inşa olunub – Fotolar
  • Rəsmi

Salyanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəb binası inşa olunub – Fotolar

rubinroot Yanvar 25, 2020
hf5

Yanvarın 25-də Salyan rayonunun Ərəbqardaşbəyli kənd tam orta məktəbinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan yeni binasının açılışı olub.

“Rubin.az” xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Fondunun nümayəndələri, rayon icra hakimiyyətinin rəhbərliyi, Təhsil Şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri, “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri, müəllim və şagirdlər iştirak ediblər.

Ərəbqardaşbəyli kənd tam orta məktəbi 1964-cü ildə inşa edilib. Birmərtəbəli məktəb binası qəzalı vəziyyətdə olduğundan yeni məktəb binasının tikintisi zərurəti yaranmışdı.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2019-cu ildə 180 şagird yerlik ikimərtəbəli binanın tikintisi həyata keçirilib.

Məktəbdə 14 sinif otağı ilə yanaşı laboratoriyalar, kompüter otağı, fənn kabinetləri, tibb otağı, kitabxana, idman və akt zalı, yeməkxana var.

Binada istilik sistemi qurulub, məktəb inventar və texniki vasitələrlə təchiz edilib.

1084 nəfər əhalisi olan Ərəbqardaşbəyli kəndindəki yeni məktəbdə hazırda 117 şagird təhsil alır.





About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Prezident tələbələrimizin zəlzələ zonasından təxliyyəsiylə bağlı tapşırıq verdi
Next: Türkiyədən təxliyyə olunan tələbələr Bakıdadır – Foto

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.