Bakı Şəhər Baş Polis İdarəsi paytaxt məktəblərində uşaq oğurluğuna cəhd olunması barədə yayılan məlumatlarla bağlı araşdırmalar aparır.
“Rubin.az” Qafqazinfo-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 96 və 67 saylı orta məktəblərin qarşısında valideynlər şübhəli bir qadın görüblər. Onun azyaşlı qızlara yaxınlaşaraq telefon verəcəyi vədini verib yaxınlıqdakı maşına aparmaq istədiyi iddia olunur.
Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatlar Bakı şəhər Baş Polis İdarəsinin nəzarətinə götürülüb: “Tərəfimizdən müvafiq araşdırmalar aparılır”.