Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib
  • Manşet
  • Rəsmi

Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib

rubinroot Yanvar 11, 2020
0e910a3253db10e34373d7cd39f2241a
Yanvarın 11-də Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib.“Rubin.az” xəbər verir ki,müşavirədə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın dinamik inkişaf etdiyini, bütün sahələr üzrə mühüm nailiyyətlərin qazanıldığını diqqətə çatdırıb. Əli Əhmədov bildirib ki, dövlətimizin başçısının rəhbərliyi ilə müasir dövrün çağırışları ilə səsləşən islahatlar həyata keçirilir və xalqımız, cəmiyyətimiz bu islahatları dəstəkləyir.

Hazırda ölkəmizin mühüm siyasi hadisə ərəfəsində olduğunu deyən YAP Sədrinin müavini fevralın 9-da Azərbaycanda parlament seçkilərinin keçiriləcəyini qeyd edib. Onun sözlərinə görə, böyük seçki təcrübəsinə malik olan Yeni Azərbaycan Partiyası bu seçkilərə ciddi şəkildə hazırlaşıb.

Müşavirədə  parlament seçkiləri kampaniyası ilə əlaqədar partiyanın rayon və şəhər təşkilatlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: “Dağlıq Qarabağ abidələri – erməni terroru” internet məkanında layihəsi Xızı rayonunda icra olundu
Next: Türkiyə bu qızdan danışır – Video

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.