Azərbaycan Tarixi fənnindən Respublikanın ilk test toplusu
Hörmətli Tarix müəllimləri və abituriyentlər.Sizlərin hər birinə yeni kurikulum dərsliklərini əhatə
edən ilk test toplusu təqdim edirik.Bu test toplusu 6-11 çi siniflərin dərs materialını tam şəkildə
əhatə edir və digər testlərdən üstünlüyü ondadır ki, 6-11 çi sinif dərsliklərini sintez olunmuş
şəkildə tam əhatə edir. Topluda 3040 test nümunələri verilmişdir və bu testlər DİM-nin qəbul
imtahanlarında nəzərdə tutduğu formaya uyğun olaraq 22 qapalı, 5 açıq,3 situasiya tipli test
tapşırığından ibarətdir
Test toplusunun müəlliflərini Siz də tanıyın .
Cahid İmanov: Abşeron rayon Ceyranbatan qəsəbə 1 saylı tam orta məktəbin tarix müəllimi
Emil Rzayev: Şamaxı rayon S.Heydərov adına Dəmirçi kənd orta məktəbin tarix müəllimi
Nurlan Qəribov: Ağdaş şəhər Nizami adına 2 saylı tam orta məktəbdə tarix muellimi
Araz Məmmədov: Sumqayıt şəhər 31 saylı orta məktəbdə tarix müəllimi
Günay İbrahimova: Zəngilan rayon 29 nömrəli orta məktəbdə tarix muəllimi
Elmi redaktorlar: Elnur Hüseynov (Tarix üzrə fəlsəfə doktoru, 10-11- çi sinif Azərbaycan tarixi
və Umumi tarix dərsliklərinin müəlliflərindən biri ,Bakı 75 saylı tam orta məktəbin direktoru)
Mehdi Həsənov (Sumqayıt şəhər 29 saylı məktəbin müəllimi, Tarix fənni üzrə vəsaitlərin müəllifi).
Azərbaycan tarixi test toplusundan müəllimlər , abituriyentlər, MİQ, Sertifikasiya və DQimtahanlarına hazırlaşanlar istifadə edə bilərlər.