Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Magistraturaya sənəd qəbulu başa çatır
  • Elm
  • Təhsil

Magistraturaya sənəd qəbulu başa çatır

rubinroot Yanvar 29, 2024
dim2

Magistraturaya sənəd qəbulu başa çatır.

Bu barədə  Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu bu gün saat 23:59-dək davam edəcək.

29 yanvar saat 09:30-a olan məlumata əsasən 17227 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi – 15931; rus bölməsi – 1346).

Sənəd qəbulunda iştirak etmək istəyənlər (şəxsi kabineti olmayanlar) ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.

Daha sonra bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.

Qeyd edək ki, imtahan 2024-cü il fevralın 11-də keçiriləcək.

 

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Sürücülərin nəzərinə: Fevralın 1-dən…
Next: “Hədis” qısametrajlı animasiya filmi beynəlxalq festivalın qalibi olub

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.