08 yanvar 2019-cı il tarixdə Azərbaycan Respublikasının Gənclər Fondunun XI qrant müsabiqəsinin qalibi,Eldar Qurbanovun “Yaşil İqtisadiyyat ” adlı fərdi layihəsinin açılış seminarı keçirilmişdir.Rubin.az xəbər verir ki,tədbirdə YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev ,layihənin rəhbəri Eldar Qurbanov və tələbələr iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Eldar Qurbanov öz nitqində Azərbaycan Respublikasının Gənclər Fonduna gənclərə göstərdiyi dəstək üçün minnətdarlığını bildirib, layihənin əsas məqsəd və hədəflərindən söz açıb. Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev layihə rəhbərini təbrik edib və bu kimi layihələrin gənclər üçün önəmini vurğulayıb. Çıxışlardan sonra isə təlimçi Mahmud Mahmudovun təqdimatında müvafiq mövzuda ilk təlim keçirilib.Açılış seminarında 40 nəfər iştirakçı Sertifikatla təltif olunmuşlar.