Bazar, 29 Noyabr 2026 17:21:29 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Noyabr 2026
SON XƏBƏRLƏR
Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00
Mədəniyyət

Mingəçevir Dövlət Dram Teatrı 51-ci mövsümünə başladı

21.09.2019 00:24 · 622 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Mingəçevir Dövlət Dram Teatrının kollektivi 51-ci mövsümunün başlanması ilə əlaqədar səhər tezdən ulu öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyublar. Sonra Mingəçevir Şəhidlər Xiyabanına gələrək, orada dəfn olunan və bir vaxtlar teatrda işləmiş, Milli Qəhrəman Rəşad Akif oğlu Mirabovun və aprel şəhidləri – Adil Adilzadənin, Teymur Rüstəmin qəbrini ziyarət ediblər. Sonra bir vaxtlar onlarla çiyin-çiyinə işləmiş və artıq dünyalarını dəyişən aktyor və aktrisalar- Əməkdar artist Nisə Rzayevanın, aktrisa Elmira İsmayılovanın, aktyor-rejissor İldırım Cabbarın, aktyorlar Gəray Gərayovun, Neftun Tağıyevin, Əlisa Kərimovun, Pərvanə Qurbanovanın, aktyor və direktor işləmiş İsa Alimovun qəbrlərinə baş çəkiblər və orada həmin adamlarla bağlı öz xatirələrini danışıblar. Bu da teatrda işləməyə gələn cavan aktyorlarda, aktrisalarda böyük coşqu və sevinc yaradıb.

Sentyabr ayının 16-da Mingəçevir Dövlət Dram Teatrının kollektivi saat 17-00-da 51-ci mövsümün ilk tamaşasına başlamamışdan əvvəl, teatrın direktor müavini Vüsal Məmmədov, Xalq artisti Ella Yaqubova, Əməkdar artistlər Akif Mirabov, Şıxı Yaqubov, tanınmış aktyorTəvəkkül Əhmədov və eləcə də bu teatrda tamaşa hazırlayan, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu səhnə önünə çıxıb, tamaşaçılara Mingəçevir Dövlət Dram Teatrının keçmişi və bu günü ilə bağlı maraqlı məlumatlar veriblər. Öz xatirələrini danışıblar. Teatrın insanın təxəyyülünün, təfəkkürünün inkişafında necə böyük rol oynamasından ətraflı danışıblar. O da vurğulanıb ki, peşəkar teatrın Mingəçevirdə olması elə bu şəhərin camaatı üçün böyük xoşbəxtlikdir. Mingəçevirlilər tez-tez teatra gəlməli və özlərinin belə maraqlı kollektiv ilə fəxr etməlidirlər.

Sonra teatrın kollektivi dünya şöhrətli məşhur ispan dramaturqu Federiko Qarsia Lorkanın “Qanlı toy” əsərini yüksək peşəkarlıqla tamaşaçılara göstəriblər. Bu tamaşanı ispan dilindən Azərbaycan dilinə Əfqan Xəlili tərcümə eləyib. Tamaşanın quruluşçu rejissoru, Azərbaycanın və Kalmıkiyanın Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Quruluşçu rəssamı Kəmalə Əsgərova, aranjimaçı, musiqi tərtibatı Ramiq Nəsirov, tamaşanın plastik həlli Ceyhun Dadaşovundur. Rejissor assistenti Məlahət Ağayevadır. Rollarda teatrın aktyorlarından- Xalq artisti Ella Yaqubova, Elmira İbrahimova, Aydın Quliyev, Afət Əliyeva, Ruhəngiz Abdullayeva, Fəridə Məmmədova, Eyvaz Əliyev, Nargilə Abdullayeva, Hüseyn Mustafayev, Ceyhun Əhmədov, Vüsalə Quliyeva çox maraqlı rollar yaradıblar.

Beləliklə, bu tamaşa 51-ci mövsümdə teatrın tamaşaçılarla ilk görüşü olub. Tezliklə, teatrın kollektivi repertuarında olan başqa tamaşaları da tamaşaçılara təqdim edəcək.

Vüsal MƏMMƏDOV

↑