Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Həbsdən əvvəl gizlətdiyi “Vinçester” tüfəngini və güllələri təhvil verdi
  • Rəsmi

Həbsdən əvvəl gizlətdiyi “Vinçester” tüfəngini və güllələri təhvil verdi

rubinroot Avqust 31, 2019
edliyye12

Bakıda məhkum həbs edilməzdən əvvəl yaşadığı ünvanda gizlətdiyi 1 ədəd “Vinçester” tipli tüfəngi və ona aid 8 ədəd gülləni könüllü təhvil verib.

Bu barədə “Rubin.az”a Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Penitensiar Xidmətin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində respublikanın digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.

Belə ki, Penitensiar Xidmətin, Bakı İstintaq Təcridxanasının əməliyyat aparatlarının, Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsinin və Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 32.4,312-1.2; 32.4,312.2; 178.2.4; 66.3 və 66.4-cü maddələri ilə təqsirli bilinərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Musayev Elçin İbrahim oğlu həbs edilməzdən əvvəl yaşadığı ünvanda gizlətdiyi 1 ədəd “Vinçester” tipli tüfəngi və ona aid 8 ədəd gülləni könüllü təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Prezidenti İlham Əliyevdən Özbəkistan prezidentinə təbrik məktubu
Next: Təhsil işçilərinin sentyabr konfransları keçiriləcək

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.