Bazar, 29 Noyabr 2026 22:16:22 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Noyabr 2026
SON XƏBƏRLƏR
Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb29.11.2026 21:00 Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb29.11.2026 21:00 Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00
Rəsmi

DİN-dən sosial şəbəkələrdə yayılmış video ilə bağlı – Açıqlama

04.08.2019 00:38 · 684 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

“Sumqayıtda təqribən dörd il öncə baş vermiş qətlin polis əməkdaşları tərəfindən guya zorla bir nəfərin boynuna qoyulması, buna görə ona işgəncə verilməsi barədə sosial şəbəkələrdə yayılmış videogörüntü, həmin kadrlarda bu sahədə “ixtisaslaşmış” blogerin və döyüldüyünü söyləyən şəxsin iddiaları növbəti dəfə ictimai rəyi aldatmağa yönəlmiş uğursuz cəhddir”.

“Rubin.az” xəbər verir ki,bunu “Qafqazinfo”ya açıqlamasında Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib.

“Əslində videoda xüsusi canfəşanlıqla və məqsədyönlü şəkildə “istismar” olunan qəsdən adam öldürmə hadisəsi 2016-cı il martın 22-dən 23-ə keçən gecə şəhərin 13-cü mikrorayonu ərazisində baş verib. Hadisə ilə əlaqədar Şəhər Polis İdarəsinin və Prokurorluğunun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu dərhal hadisə yerinə çıxıb, təxirəsalınmaz tədbirlər həyata keçirilib, müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib. Faktla bağlı şəhər Prokurorluğunda CM-in 120.2.2-ci maddəsilə cinayət işi qaldırılıb”, – deyə o qeyd edib.

DİN rəsmisinin sözlərinə görə, qətl baş verən ərəfədə hadisə yerinə yaxın ərazidə görünmüş bir sıra şəxslər, o cümlədən məlum videonun səbəbkarı olan şəhər sakini, elə həmin məkanda yaşayan Rəşad Abbasov şübhəli şəxs qismində Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilib:

“O, mövcud qanunvericiliyin tələbləri gözlənilməklə sorğu-sual edildikdən sonra, həmin ağlır cinayətdə iştirakı müəyyən edilmədiyinə görə sərbəst buraxılıb və bu proses 2-3 saat ərzində yekunlaşıb. Daha sonra peşəkarlıqla həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətdiyinə, yəni N.Məmmədovu qətlə yetirdiyinə görə B.Atamalıyev adlı şəxs tutularaq istintaqa cəlb olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi həmin qətldə və digər cinayətlərdə təqsirli bilərək 2016-cı il noyabrın 10-da B.Atamalıyevi 19 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib.

Ancaq R.Abbasov o vaxt kimlərinsə sifarişini yerinə yetirərək qanuni əsaslarla aparıldığı, zəruri hüquqi prosedurlar başa çatdıqdan sonra sərbəst buraxıldığı bölmədə guya işgəncəyə qaldığını iddia edir, o zaman ən müxtəlif instansiyalara bununla bağlı müraciətlər də göndərib. Həmin müraciətlər əsasında DİN-in aidiyyatı xidməti və şəhər Prokurorluğu tərəfindən dəfələrlə araşdırmalar aparılsa da şikayətçinin qeyd etdiyi hallar öz təsdiqini tapmayıb. Hazırda onun fiziki təsirə məruz qalması barədə iddialara məhkəmə qaydasında baxılır“.

↑