Çərşənbə axşamı, 20 Oktyabr 2026 21:43:05 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
20 Oktyabr 2026
SON XƏBƏRLƏR
Zəngilan Şəhəri Günü çərçivəsində fotosərgi və ustad dərsləri təşkil olunub (FOTO)20.10.2026 21:00 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir20.10.2026 18:00 Azərbaycanda hava pisləşəcək, sel gözlənilir20.10.2026 15:00 Bakı metrosu xüsusi rejimdə işləyəcək20.10.2026 12:00 Zəngilan işğaldan azad olunmasının altıncı ildönümünü böyük nailiyyətlərlə qarşılayır20.10.2026 09:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Bakının bu ərazisində işıq olmayacaq19.10.2026 09:00 Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib (FOTO)18.10.2026 21:00 Ukrayna səfiri Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 18:00 Zəngilan Şəhəri Günü çərçivəsində fotosərgi və ustad dərsləri təşkil olunub (FOTO)20.10.2026 21:00 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir20.10.2026 18:00 Azərbaycanda hava pisləşəcək, sel gözlənilir20.10.2026 15:00 Bakı metrosu xüsusi rejimdə işləyəcək20.10.2026 12:00 Zəngilan işğaldan azad olunmasının altıncı ildönümünü böyük nailiyyətlərlə qarşılayır20.10.2026 09:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Bakının bu ərazisində işıq olmayacaq19.10.2026 09:00 Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib (FOTO)18.10.2026 21:00 Ukrayna səfiri Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 18:00
Hadisə

Dövlətə xəyanətdə ittiham olunan Anarın məhkəməsi başlayır

27.07.2019 23:53 · 450 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Azərbaycan dövlətinə xəyanət etməkdə təqsirləndirilən Anar Ələkbərovun cinayət işi üzrə ibtidadi istintaq yekunlaşıb. “Rubin.az” Qafqazinfo-ya istinadən , cinayət işi materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Nahid Mirzəyevin sədrliyi ilə baxılacaq. İlk hazırlıq iclası ilə iyulun 29-na təyin edilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən istintaq-əməliyyat tədbirləri zamanı Azərbaycan vətəndaşı, Mingəçevir şəhər sakini Ələkbərov Anar Vaqif oğlu dövlətə xəyanət cinayətində şübhəli şəxs qismində saxlanılıb. Müəyyən olunub ki, Anar Ələkbərov 2016-cı ilin mart ayında xarici ölkə ərazisində xarici xüsusi xidmət orqanları nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib. Həmin şəxslər A.Ələkbərova xaricdə ticarət əlaqələri olan bəzi Azərbaycan Respublikası vətəndaşları barədə məlumat toplayıb, onları müxtəlif işgüzar münasibətlər zəminində xarici xüsusi xidmət orqanlarının əlaqəsinə cəlb etmək, Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları və Azərbaycanda fəaliyyət göstərən konkret ölkələrin səfirliklərinin nümayəndələri, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi haqqında məlumat toplamaq barədə tapşırıqlar verib. A.Ələkbərov ötən müddət ərzində bu tapşırıqların yerinə yetirilməsi istiqamətində konkret işlər görüb.

Araşdırmalar zamanı A.Ələkbərovun Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq topladığı və gizliliyinin qorunduğunu güman etdiyi mobil internet təminatından istifadə etməklə xarici xüsusi xidmət orqanlarına ötürdüyü məlumatlar əldə edilib, iş üzrə digər çoxsaylı dəlillər toplanılıb, o, cinayət əməllərini etiraf edərək, təfərrüatları barədə ətraflı məlumatlar verib.

A.Ələkbərov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

↑