Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə “X” sosial şəbəkəsində təbrik edib.
Səfir paylaşımında Ukrayna ilə Azərbaycanı tarixən möhkəm dostluq, strateji tərəfdaşlıq və ərazi bütövlüyü məsələlərində qarşılıqlı dəstəyin birləşdirdiyini vurğulayıb.
O, Azərbaycan xalqına sülh, firavanlıq və işıqlı gələcək arzulayıb.
Qusev paylaşımında həmçinin Ukraynanın Azərbaycanın göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Mənbə: az.trend.az

