Abşeron rayonunun Xırdalan şəhərində yerləşən yaşayış kompleksinin ərazisində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti bildirir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumat əsasında Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri dərhal əraziyə cəlb edilib.
FHN-in operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb və yaxınlıqda yerləşən yaşayış binaları və obyektlərə yayılmasının qarşısı alınıb.
Nazirlik məlumat verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb və yanğının tam söndürülməsi istiqamətində tədbirlər yekunlaşdırılıb.
FHN bildirir ki, hazırda əlavə məlumatın verilməsi gözlənilir.
Mənbə: az.trend.az

