Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev Qəbələ şəhərində Oğuz, İsmayıllı və Qəbələ rayonlarının sakinlərini qəbul edib, məlumat Nazirlikdən verilib.
Görüşdə vətəndaşların nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətləri dinlənilib.
Nazir görüşdən əvvəl Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.
Müraciətlərə dair Nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə mövcud qanunvericiliyə uyğun və operativ şəkildə araşdırılması barədə tapşırıqlar verilib; müraciətlərin bir qismi dərhal müsbət həll olunub.
Nazirliyin fəaliyyət sahəsinə aid olmayan müraciətlər qeydiyyata alınıb və müvafiq qurumlara göndəriləcək. Qəbul oktyabr ayı üzrə şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilib.
Mənbə: az.trend.az

