Cümə axşamı, 15 Oktyabr 2026 07:08:36 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Gündəm

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödənildi

14.10.2026 12:00 · 11 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Oktyabr ayının pensiya ödənişləri Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə həyata keçirilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Naxçıvan Muxtar Respublikasında pensiya ödənişləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabrın 7-də yerinə yetirilib.

Nazirlik bildirib ki, ölkənin digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququ olan şəxslərin oktyabr ayı üzrə ödənişləri müəyyən edilmiş qrafikə uyğun ödəniləcək.

Nazirliyin məlumatında qeyd edilib ki, 2026-cı ilin yanvar–iyul ayları ərzində 24,6 min nəfərə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.

Mənbə: az.trend.az

↑