Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd əl-Tani oktyabrın 14-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Şeyx Təmim bin Həmədi Baş nazirin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Əmirin AQEM-in 7-ci Zirvə Toplantısında iştirak edəcəyi təsdiqlənib.
Mənbə: az.trend.az

