Birləşmiş Ərəb Əmirliklərinin Prezident Qvardiyasının komandanı, general-mayor Ali Al-Kaabi və rəhbərlik etdiyi nümayəndə heyəti “Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Azərbaycana səfər edib, məlumat Müdafiə Nazirliyindən verilib.
Nümayəndə heyəti Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin Hava Döyüş Komandanlığında olub. Qonaqlara təlimin gedişi, qarşıya qoyulan tapşırıqlar və hərbi qulluqçuların birgə fəaliyyəti barədə məlumat verilib; onlar təlimdə istifadə olunan aviasiya vasitələrinə və hərbi texnikalara baxış keçiriblər.
Daha sonra nümayəndə heyəti Xüsusi Təyinatlı Qüvvələr komandanlığını ziyarət edib. Orada XTQ-nin fəaliyyəti barədə ətraflı məlumat verilib və qonaqların sualları cavablandırılıb.
Nümayəndə heyətinin rəhbəri Şərəf Kitabına ürək sözlərini yazıb, göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib və qarşılıqlı təcrübə mübadiləsinin vacibliyini qeyd edib.
Mənbə: az.trend.az

