18 Oktyabr tarixində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə parlament nümayəndə heyəti Qırğız Respublikasına səfərə yola düşüb.
Bişkekin Manas beynəlxalq aeroportunda spiker Sahibə Qafarova və onun rəhbərlik etdiyi nümayəndə heyətini Qırğızıstan Joqorku Keneşinin sədr müavini Jıldız Taalaybek qızı, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, həmçinin TÜRKPA-nın baş katibi Ramil Həsən və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər zamanı Milli Məclisin sədri planlaşdırılmış görüşlər həyata keçirəcək və nümayəndə heyəti TÜRKPA-nın 15-ci plenar iclasında iştirak edəcək.
Mənbə: az.trend.az

